Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 298 Bakı şəhəri, 10 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 618 nömrəli və “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
 
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanununun tətbiqi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 422 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 618 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2563) ilə təsdiq edilmiş “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılır.”;
1.2. 2.4-cü bənddə “13-cü maddəsinin dördüncü hissəsinə” sözləri “13.4-cü maddəsinə” sözləri ilə əvəz edilsin;
1.3. 4.1-ci bəndin birinci və ikinci cümlələrinə “Fondun orqanları” sözlərindən sonra “və vergi orqanları” sözləri əlavə edilsin;
1.4. 4.1-ci bəndin ikinci cümləsində “məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına” sözləri “sığortaedənlərin və sığortaolunanların uçotu qaydasına” sözləri ilə əvəz edilsin;
1.5. 4.2-ci bəndə “Fondun yerli orqanlarının” sözlərindən sonra “və vergi orqanlarının” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2566; 2018, № 6, maddə 1350) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin ­uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-ci bənddə “Fond” sözü “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;
2.2. 4.1-ci, 5.2-ci və 7.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər işsizlikdən sığorta haqlarının hesablanmasını və uçotunu aparmalıdırlar. Sığortaedənlər hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu barədə hesabatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada həmin Nazirliyə təqdim etməlidirlər.
5.2. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
7.1. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarəti Fondun və Azərbaycan Respublikasınin Vergilər Nazirliyinin müvafiq orqanları aşağıdakı qaydada həyata keçirirlər:
7.1.1. Fondun orqanları – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinin elektron monitorinqini və işsizlikdən sığorta haqqı üzrə daxilolmaların Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq yolu ilə;
7.1.2. Vergi orqanları – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılmasına nəzarəti aparmaq yolu ilə.”;
2.3. 7.2-ci bəndə “orqanlarının” sözündən sonra “və vergi orqanlarının” sözləri əlavə edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə