Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 296 Bakı şəhəri, 9 iyul 2019-cu il
 
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli 186 nömrəli, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli və “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
 
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndinin ikinci və üçüncü abzaslarına ismin müvafiq hallarında “yerli orqanları” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 190 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 99-cu hissəyə hər iki halda və 123-cü hissənin ikinci abzasına ismin müvafiq hallarında “şəhər (rayon) şöbələri” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin;
2.2. 117-ci hissənin dördüncü abzasının üçüncü cümləsinə “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
2.3. 114-1-ci hissə üzrə:
2.3.1. birinci abzasa “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
2.3.2. altıncı və yeddinci abzaslara “şəhər (rayon) şöbələrinə” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin;
2.4. 114-2-ci hissənin səkkizinci abzasına “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
2.5. 1, 2, 3, 4 və 5 nömrəli əlavələrə “şəhər, rayon şöbələrinə” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasına, 1.5-ci bəndinin üçüncü abzasına və 1.9-1.11-ci bəndlərinin ikinci abzaslarına “şəhər, rayon şöbəsinin” sözlərindən sonra “və ya “DOST” mərkəzinin” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164; 2019, № 3, maddələr 513, 530) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə “(bundan sonra – məşğulluq mərkəzləri)” sözləri “və “DOST” mərkəzləri (bundan sonra - mərkəzlər)” sözləri ilə əvəz edilsin;
4.2. 2.2-ci bəndin birinci abzasında, 2.5-ci bəndin birinci cümləsində və 2.8-ci bənddə ismin müvafiq hallarında “məşğulluq mərkəzləri” sözləri ismin müvafiq hallarında “mərkəzlər” sözü ilə əvəz edilsin;
4.3. 2.3-cü bənd üzrə:
4.3.1. birinci abzasda “məşğulluq mərkəzləri” sözləri “mərkəzlər” sözü ilə əvəz edilsin;
4.3.2. ikinci abzasda “məşğulluq mərkəzi” sözləri “mərkəz” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə “yerli orqanları” sözlərindən sonra “və “DOST” mərkəzləri” sözləri əlavə edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə