Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 293 Bakı şəhəri, 9 iyul 2019-cu il
 
“Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi”nin təsdiq edilməsi və “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 40 nömrəli Qərarının ləğv edilməsi barədə
 
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 143) ləğv edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 293 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin

ƏSASNAMƏSİ
1. Ümumi müddəalar

1.1. Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə
komitələri (bundan sonra – əlaqələndirmə komitələri) “Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə
əsasən yaradılır.
1.2. Əlaqələndirmə komitələri öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Məşğulluq haqqında”
Azərbaycan Respublikasının Qanununu və digər qanunları,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Əlaqələndirmə komitələri öz fəaliyyətini ictimai əsaslarla
həyata keçirir, fəaliyyəti barədə yerli icra hakimiyyətlərinin
başçılarına və Əmək Münasibətlərinin Tənzimlənməsi və
Koordinasiyası Komissiyasına (bundan sonra – Komissiya) məlumat
verir.
1.4. Əlaqələndirmə komitələri dövlət və yerli özünüidarəetmə
orqanları, həmkarlar ittifaqları, işəgötürənlərin birlikləri, beynəlxalq və
qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir.
2. Əlaqələndirmə komitələrinin məqsədi və vəzifələri
2.1. Əlaqələndirmə komitələrinin əsas məqsədi əhalinin
məşğulluğunun təmin edilməsi sahəsində razılaşdırılmış qərarların

3
hazırlanması, təkliflərin verilməsi, habelə, bu sahədə sosial
tərəfdaşların qarşılıqlı fəaliyyətinin təmin edilməsidir.
2.2. Əlaqələndirmə komitələrinin vəzifələri aşağıdakılardır:
2.2.1. müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarının
inkişafı, layiqli iş imkanlarının genişləndirilməsi və mikro, kiçik və orta
sahibkarlığın dəstəklənməsi sahəsində müvafiq tədbirlərdə iştirak
edir;
2.2.2. məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin
hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
2.2.3. növbəti il üçün ərazi məşğulluq proqramlarının
hazırlanmasında və proqramların yerinə yetirilməsində iştirak edir;
2.2.4. müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarında
yaranmış vəziyyəti təhlil edir, yerli xüsusiyyətləri nəzərə almaqla
məşğulluq probleminin həlli üçün təkliflər verir;
2.2.5. inklüziv məşğulluğu təmin etmək məqsədilə aktiv əmək
bazarı tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin
artırılması və sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının
əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə təkliflər
verir;
2.2.6. müvafiq inzibati ərazi vahidində qeyri-formal
məşğulluğun səviyyəsinin azaldılması tədbirlərində iştirak edir;
2.2.7. müvafiq inzibati ərazi vahidində əhalinin məşğulluğu
sahəsində əlaqələndirmə komitəsinin üzvlərinin fəaliyyətini
əlaqələndirir;
2.2.8. müvafiq inzibati ərazi vahidində əhalinin məşğulluğuna
dair problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli
struktur bölmələri ilə əməkdaşlıq qurur.
3. Əlaqələndirmə komitələrinin hüquqları
3.1. Əlaqələndirmə komitələrinin hüquqları aşağıdakılardır:
3.1.1. ərazi məşğulluq proqramının hazırlanması üçün
müvafiq inzibati ərazi vahidinin iqtisadi, sosial və demoqrafik
göstəriciləri, əmək bazarının ötən il üzrə mövcud vəziyyəti, növbəti il
üçün proqnozlar, yeni iş yerləri, məşğul əhalinin iqtisadi fəaliyyət
növləri, işsiz və işaxtaran şəxslər, aktiv məşğulluq tədbirləri və digər
məsələlər barədə aidiyyəti qurumlardan lazımi məlumatlar alır;

4
3.1.2. ərazi məşğulluq proqramlarının hazırlanmasına
aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur
bölmələrini, müəssisə, idarə və təşkilatları cəlb edir;
3.1.3. hazırlanmış ərazi məşğulluq proqramının layihəsini
müvafiq inzibati ərazi vahidi üzrə ictimai müzakirəyə çıxarır;
3.1.4. ərazi məşğulluq proqramının yerinə yetirilməsi ilə
əlaqədar yerli icra hakimiyyəti orqanlarına və Komissiyaya
məlumatlar verir, zərurət olduqda məsələni bu qurumların
müzakirəsinə təqdim edir;
3.1.5. öz vəzifələrini yerinə yetirmək üçün müəssisələrdən,
idarələrdən və təşkilatlardan məşğulluq məsələlərinə aid zəruri
məlumatlar alır;
3.1.6. məşğulluq sahəsində mövcud qanunvericiliyin
təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
3.1.7. yerli icra hakimiyyəti orqanının başçısının inzibati ərazi
dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri
üzrə nümayəndəliklərinin, yerli özünüidarəetmə orqanlarının və
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati sahədə
xidmət aparan polis əməkdaşlarının birgə fəaliyyəti əsasında
müvafiq inzibati ərazi vahidində yaşayan əhalinin qeydiyyat
statusunun, onların məşğulluq statusunun müəyyən edilməsi
məqsədilə tədbirlər görür;
3.1.8. məşğulluq sahəsində proqramların icrası ilə bağlı
təkliflər verir, seminarlar və digər tədbirlər keçirir, sərgilər təşkil edir;
3.1.9. əlaqələndirmə komitəsinin öz fəaliyyəti haqqında ictimai
maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yayır.

4. Əlaqələndirmə komitələrinin tərkibi
4.1. Əlaqələndirmə komitələrinin tərkibi bərabər sayda
olmaqla, aşağıdakı kimi formalaşdırılır:
4.1.1. həmkarlar ittifaqlarının nümayəndələri;
4.1.2. işəgötürənlər birliklərinin nümayəndələri;
4.1.3. yerli icra hakimiyyəti orqanlarının nümayəndələri;
4.1.4. yerli özünüidarəetmə orqanlarının nümayəndələri;
4.1.5. dövlətə məxsus hüquqi şəxslərin yerli (regional)
qurumlarının nümayəndələri;
4.1.6. mərkəzi icra hakimiyyəti orqanlarının yerli (regional)
qurumlarının nümayəndələri;

5
4.1.7. qeyri-hökumət təşkilatlarının nümayəndələri.
4.2. Əlaqələndirmə komitəsinin fərdi tərkibi 3 (üç) il müddətinə
yerli icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilir.
4.3. Əlaqələndirmə komitəsinin sədri yerli icra hakimiyyətinin
başçısının müavinlərindən təyin olunur.
4.4. Əlaqələndirmə komitəsinin sədri:
4.4.1. əlaqələndirmə komitəsinin fəaliyyətini təşkil edir;
4.4.2. əlaqələndirmə komitəsinin iclaslarına sədrlik edir, illik iş
planlarını, protokol və qərarları imzalayır;
4.4.3. əlaqələndirmə komitəsi tərəfindən qəbul edilmiş
qərarların icrasına nəzarət edir.
5. Əlaqələndirmə komitələrinin fəaliyyətinin təşkili
5.1. Əlaqələndirmə komitələri öz fəaliyyətini üzvlərinin təklifləri
əsasında hazırlanmış və əlaqələndirmə komitəsinin iclasında qəbul
edilmiş illik iş planına uyğun olaraq həyata keçirir.
5.2. Əlaqələndirmə komitələrinin əsas fəaliyyəti illik iş planı
əsasında ayda bir dəfədən az olmayaraq keçirilən iclaslardan
ibarətdir.
5.3. Əlaqələndirmə komitələrinin sədrinin təşəbbüsü ilə
növbədənkənar iclaslar təşkil edilə bilər. Növbədənkənar iclasın
keçirilməsi barədə əlaqələndirmə komitəsinin üzvlərinə iclasın
keçirilməsi vaxtından 3 (üç) həftədən gec olmayaraq yerli icra
hakimiyyəti başçısının aparatının nümayəndəsi tərəfindən məlumat
verilməlidir.
5.4. İclasın gündəliyində duran məsələlərin müzakirəsi ilə bağlı
lazımi sənədlərin və digər materialların hazırlanması yerli icra
hakimiyyəti başçısının aparatının nümayəndəsi tərəfindən həyata
keçirilir.
5.5. İclasın keçirilməsinə ən geci 1 (bir) həftə qalmış iclasın
materialları əlaqələndirmə komitələrinin üzvlərinə təqdim edilir.
5.6. Əlaqələndirmə komitəsinin üzvlərinin razılığı ilə iclaslara
müstəqil ekspertlər və mütəxəssislər dəvət oluna bilər.
5.7. Protokolun surəti əlaqələndirmə komitəsinin üzvlərinə
verilir və əlaqələndirmə komitəsinin tərkibinə daxil olan qurumlara
göndərilir. Əlaqələndirmə komitəsinin üzvlərinin xüsusi rəyləri
olduqda, onlar yazılı formada protokola əlavə edilir.

6
5.8. Əlaqələndirmə komitələrinin tərkibinə daxil olan qurumların
fəaliyyət istiqamətlərinə uyğun olaraq əlaqələndirmə komitələrində iş
bölgüsü, illik iş planı təsdiq olunur və bu fəaliyyət əlaqələndirmə
komitələrinin sədri tərəfindən əlaqələndirilir.
5.9. Əlaqələndirmə komitələri hər ay aşağıda görülən işlər
haqqında Komissiyaya məlumat xarakterli hesabatlar verir:
5.9.1. keçirilmiş iclasların protokolu;
5.9.2. apardığı təbliğat və təşviqat kampaniyalarının
nəticələri haqqında məlumat;
5.9.3. qarşıda duran vəzifələr və görüləcək işlər barədə
məlumat;
5.9.4. hər ay keçiriləcək iclasların yeri və tarixi barədə
məlumat;
5.9.5. qeyri-formal məşğulluğun qarşısının alınması
istiqamətində gördüyü işlər barədə məlumat.
5.10. Əlaqələndirmə komitələrinin qərarları onun üzvlərinin
sadə səs çoxluğu ilə qəbul edilir. Əlaqələndirmə komitəsinin
üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, əlaqələndirmə
komitəsi öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna
malikdir. Əlaqələndirmə komitəsinin üzvləri səsvermə zamanı bitərəf
qala bilməz. Bütün qəbul edilmiş qərarlar əlaqələndirmə komitəsinin
sədri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir. Səslər bərabər
bölündükdə, əlaqələndirmə komitəsinin sədrinin səsi həlledici hesab
edilir.
5.11. Əlaqələndirmə komitələrinin qərarları tövsiyə xarakteri
daşıyır.
5.12. Dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də
həmkarlar ittifaqı və işəgötürənlər birlikləri, beynəlxalq və qeyri-
hökumət təşkilatları tərəfindən zəruri olan məsələlər barədə müraciət
olunduqda, əlaqələndirmə komitələri tərəfindən qəbul olunmuş
qərarlar müvafiq qaydada Komissiyaya və ya rayon (şəhər) icra
hakimiyyətinin başçısına təqdim edilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə