Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın işıqlı sabahı

Xalqın işıqlı sabahı

Zaqatalada ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin ­50-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı fəalları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Xalqın işıqlı sabahı” adlı geniş məruzəsi dinlənilmişdir.
Rayon rəhbəri 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyini, məhz bu təyinatla Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməlinin qoyulduğunu, Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yürütməyə başladığını bildirmişdir. O, ulu öndərin respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdiyini, respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdiyini, fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olduğunu vurğulamışdır.
Bununla yanaşı, rayon rəhbəri xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərmiş mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir. 
RİH başçısı ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasəti Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini,  bunun məntiqi nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını qeyd etmişdir.
Konfransda çıxış edən digər natiqlər həyata müstəqil Azərbaycan dövlətini yaratmaq missiyası ilə gələn ulu öndərimizin bütün həyatını ölkəsinə bəxş etdiyini, xalqımızın xoşbəxt gələcəyi naminə ömrünü xalqına bağışladığını, dövlətçiliyimizin, ölkə iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini vurğulamışlar. 

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

12 2019 23:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə