Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADPU-nun rektoru Cəfər Cəfərov “Tələbələrin dostu” adını qazanıb

ADPU-nun rektoru Cəfər Cəfərov “Tələbələrin dostu” adını qazanıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov tələbələrin müraciətlərini çevik cavablandırdığına görə ölkənin ən böyük təhsil səhifəsi olan və ali məktəbləri də əhatə edən “Azərbaycan universitetləri” facebook səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb.

Bu barədə ölkə mediasında yayılan məlumatda daha sonar bildirilir ki, iyulun 12-də “Azərbaycan universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman “Tələbələrin dostu” sosial mükafatını rektor Cəfər Cəfərova təqdim edib. 

Görüş zamanı rektor universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, insan resurslarının inkişaf etdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən böyük islahatlar, çoxsaylı layihələr haqqında ətraflı məlumat verib, qarşıya qoyulan hədəf və məqsədlərlə bağlı fikirlərini bölüşüb.

“Azərbaycan universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman son 3 ildə ADPU-da baş verən keyfiyyət dəyişiklikləri və mütərəqqi yeniliklər nəticəsində universitetin cəmiyyətdə nüfuzunun xeyli yüksəldiyini və müsbət imicinin formalaşdığını vurğulayıb.

 

R.TAHİR,
“Xalq qəzeti”

12 2019 17:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə