Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq elmi jurnal Azərbaycan alimlərinin yeniliyini yayımlamışdır

Beynəlxalq elmi jurnal Azərbaycan alimlərinin yeniliyini yayımlamışdır

Bakı Dövlət Universiteti fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov  və  “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı A.M. Rəhimlinin Yaponiyanın Kumamoto Universitetinin tətbiqi kimya və biokimya laboratoriyasının alimləri ilə birgə həyata keçirdiyi tədqiqat işlərinin elmi nəticələri  yüksək impakt faktorlu beynəlxalq jurnalda yayımlanmışdır.

“Emission color control in polymer film by memorized fluorescence solvatochromism due to a new class of totally-organic fluorescent nanogel particles" başlıqlı həmin məqalə impakt faktoru 5.16 olan “Chemistry: A Europian Journal” adlı Avropa jurnalında çap edilmişdir. Məqalə 14 may 2019-cu il tarixində çapa qəbul olunmuş və çox qısa bir müddətdə bu sahədə tədqiqat aparan mütəxəssislərin böyük marağına səbəb olmuş, “Wiley” nəşryatının redaktorlarının ən çox istinad etdikləri və innovativ məqalə kimi “Hot paper” statusu almışdır.

Qeyd edək ki, tədqiqat işində diametri idarə oluna bilən fluorescent xassəli gel nanohissəciklərin alınması  və  yeni innovativ material kimi onların xassələri və tətbiqi sahələri şərh olunmuşdur.

 

R.TAHİR,
“Xalq qəzeti”

12 2019 16:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə