Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarlar mühasibat proqramlarının lisenziyalı olmasına diqqət yetirməlidirlər

Sahibkarlar mühasibat proqramlarının lisenziyalı olmasına diqqət yetirməlidirlər

Vergilər Nazirliyi qanunvericiliyin düzgün tətbiqinə nəzarəti həyata keçirir. Bununla yanaşı, tövsiyə olunur ki, sahibkarlar və vergiödəyiciləri mühasibat proqramlarını tətbiq edərkən mütləq onların lisenziyalı olmasına diqqət yetirsinlər.

Bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov “vergiler.az” saytının “Rəsmi cavab” rubrikasında sahibkarların tətbiq etdiyi mühasibat proqramlarına münasibət bildirərkən deyib.

Departament rəhbəri qeyd edib ki, hazırda iri və kiçik şirkətlər tərəfindən müxtəlif çoxfunksiyalı mühasibat proqramları tətbiq olunur. Lakin ölkədə mühasibat uçotu proqramlarının təkmilləşdirilməsinə ehtiyac var: “Yəqin ki, gələcəkdə bu proqramların təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Vergilər Nazirliyinin mühasibat uçotunun həyata keçirilməsində səlahiyyəti olan digər strukturlarla birgə mövcud proqramların mühasibat uçotu və vergi qanunvericiliyinə uyğun tətbiqi ilə bağlı işlər həyata keçirməsi istisna edilmir”.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 16:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə