Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kestutis Yankauskas: Tuskun səfəri Aİ ilə Azərbaycan arasında münasibətlərdə mühüm irəliləyişi göstərir

Kestutis Yankauskas: Tuskun səfəri Aİ ilə Azərbaycan arasında münasibətlərdə mühüm irəliləyişi göstərir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas mətbuat konfransında bildirib ki, Donald Tuskun Azərbaycana səfəri Aİ ilə münasibətlərdə mühüm irəliləyişi göstərir.

Yankauskas deyib: “Bu, prezident Tuskun son regional səfəri idi. Bu səfər onun Azərbaycana 2015-ci ildə etdiyi səfərdən sonra münasibətlərdəki mühüm irəliləyişi nümayiş etdirdi. Tusk Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə dəstəyini ifadə edib”.

Aİ rəsmisi qeyd edib ki, Aİ və Azərbaycan tərəfdaşlıq barədə sazişlə bağlı danışıqların son mərhələsindədir: “Yeni aviasiya sazişi ilə bağlı danışıqlarda böyük irəliləyiş müşahidə olunub. Biz ötən il nəqliyyat və təhlükəsizlik üzrə yeni dialoqlara başlamışıq. Tərəfdaşlıq prioritetləri üzrə vacib sənəd imzalanıb. Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və investorudur. Bizim Azərbaycanda demək olar ki, bütün sosial-iqtisadi sahələrdə layihələrimiz var”.

 

“Xalq qəzeti”

12 2019 16:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə