Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir: Bakı Avrasiya Universitetindəki “Ərəbşünaslıq mərkəzi” Mərkəzi Asiya ölkələrini də əhatə edəcək

Səfir: Bakı Avrasiya Universitetindəki  “Ərəbşünaslıq mərkəzi” Mərkəzi Asiya ölkələrini də əhatə edəcək

Azərbaycan ali məktəblərinin dünyanın müxtəlif ölkələrindəki universitetlər və elmi mərkəzlərlə  əməkdaşlığı öz müsbət nəticələrini verməkdədir.  Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanındakı Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı da bu günlərdə mükəmməl bir layihənin reallaşdırılması ilə nəticələnib.

Söhbət BAU-da “Ərəbşünaslıq mərkəzi”nin açılmasından gedir. “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirilən II beynəlxalq simpozium çərçivəsində təşkil edilən tədbiri universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova bildirib ki, mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb. Mərkəzdə təşkil ediləcək kursda dərs almaq üçün 80 tələbə yeri müəyyən edilsə də, müraciətlərin sayı 200-ü ötüb.

Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin baş katibi doktor Abdullah əl-Vəşmi bildirib ki, ərəb dili mədəniyyətlər arasında dialoqun qurulmasında mühüm rola malikdir. BAU ilə əməkdaşlıq çərçivəsində mərkəzdə kursların təşkili, tədris materiallarının çapı və tərcüməsi sahəsində işlər görüləcək. Həmçinin mərkəzin nəzdindəki kurslarda yaxşı fərqlənən bir neçə tələbə Ciddədə yerləşən Kral Əbdüləziz Universitetində 7-10 günlük kursa dəvət olunacaq.

Sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərəcəyinə inandığını ifadə edib. Diplomat bildirib ki, mərkəzin fəaliyyəti yalnız Azərbaycanı deyil, Mərkəzi Asiya ölkələrini də əhatə edəcək.

Açılışdan sonra “Azərbaycan və Mərkəzi Asiyada ərəb dili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə, həmçinin Küveyt dövlətinin səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi, Birləşmiş Ərəb Əmirliklərinin səfiri Məhəmməd Hamil əl-Qubeysi, Azərbaycan və Orta Asiya universitetlərinin tanınmış ərəbşünasları, alimlər, tələbələr iştirak ediblər.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

12 2019 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə