Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bahar Muradova: ATƏT PA-nın Yekun Deklarasiyasında Azərbaycanın maraqları təmin olundu

Bahar Muradova: ATƏT PA-nın Yekun Deklarasiyasında Azərbaycanın maraqları təmin olundu

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin vitse-spikeri Bahar Muradova qeyd edib ki, ATƏT-in Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın maraqları təmin olundu.

B.Muradova bildirib ki, müzakirə olunan bəyannamənin 22-ci maddəsində yer alan müddəa Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub: “Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi”.

B.Muradova vurğulayıb ki, ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin həlli üçün konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir.     

12 2019 14:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə