Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İordaniya parlament nümayəndələri MEK-də

İordaniya parlament nümayəndələri MEK-də

İordaniya parlamentinin üzvləri, hüquq üzrə mütəxəssis və tədiqatçılardan ibarət nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti ilə tanış olublar. Bu barədə MEK-in mətbuat xidmətindən bildirilib.

Qonaqlar kitabxananın Sərgi salonunda “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə, son həftə ərzində kitabxanaya yeni daxil olmuş mənbələrlə tanış olublar. Ziyarətçilər Akademiklər zalında yerləşən Diplomatik fondda İordaniya səfirliyinin güşəsi, Nadir kitab fondu və Şərq ədəbiyyatı fondunun fəaliyyəti ilə də yaxından maraqlanıblar. Həmçinin MEK-də mühafizə edilən ərəb və fars dillərdə olan hüquqi sənədlər barədə fikir mübadiləsi aparıblar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

12 2019 12:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə