Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pomidor şirəsi radiasiyanı təmizləyir, xərçəngdən qoruyur

Pomidor şirəsi radiasiyanı təmizləyir, xərçəngdən qoruyur

Avropa və Amerikada radiasiya təhlükəli işlərdə çalışanlara, ofis işçilərinə və müəyyən peşələrdə çalışanlara iş vaxtı hər gün 1 stəkan tomat şirəsi verirlər.

Avropada marketlərdə ən çox satılan şirə elə pomidor şirəsidir. Alimlər bildirirlər ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar hər gün bir stəkan təzə pomidor şirəsi içməlidir.

Pomidoru sağlamlıq üçün qiymətli edən tərkibindəki likopin adlı qırmızı piqmentdir. Bu piqment çox güclü antioksidant təsir edir. 

1.Xoşbəxtlik hormonunu artırır: Tomat şirəsi serotonin adlı xoşbəxtlik, yaxşı əhval hormonu sintez edir. Ona görə depressiya, stress, həyəcan və gərginlikdən əziyyət çəkənlər üçün əvəzsizdir.

2.Xərçəng əleyhinə təsir edir: Likopin oksidantları zərərsizləşdirir, radiasiya qalıqları, ağır metallar, duzlar, toksinləri çıxarır, əsas da udulan şüanı zərərsizləşdirir ki, bunlar orqanizmdə bəd şişlər yaratmağa səbəb olmasın. Ona görə pomidor şirəsi xərçəng əleyhinə vasitələrdən biri kimi layiqli yerini tutub.

3. Bağırsaqlarda çürüməyə qarşıdır: Qəbizliyi, eləcə də bağırsaq mikroflorası pozulmuş adamlarda qida qalıqları bağırsaqda çürüyür, iylənir və zəhər yayır. Pomidor şirəsi bağırsaqları bu çürüntüdən xilas edir.

4.Tromb yaranmasına mane olur: Bütün günü oturaq işdə çalışan, qan dövranı pozulmuş şəxslər hər gün tomat şirəsi içməlidir. Pomidor venoz damarları təmizləyir, tromb yaranmasına imkan vermir. 

5.Kişi cinsiyyət sistemi üçün əvəzsizdir:  Şirədə olan kalsium prostat vəzini iltihabi proses və onkoloji xəstəliklərdən qoruyur. Eləcə də pomidorda olan tokoferol və retinol testosteronun  hasilini artırır, kişi sonsuzluğuna qarşıdır. Müntəzəm təzə pomidor şirəsi içdikdə spermanın keyfiyyəti yüksəlir, ereksiya artır, təbii protein verir.

6. Təzyiqi normallaşdırır: Bir stəkan şirə təzyiqi salır. Amma aşağı təzyiqi olanlar çox içməsin.

7.Qanda şəkəri tənzimləyir: Tərkibində az miqdar saxaroza olduğu üçün diabet xəstələrinə məsləhətdir

8. Güclü filtr təsiri var: Zərərli maddələrlə yüklənmiş qaraciyəri və böyrəkləri təmizləyir. Təbii ödqovucudur, həzmi və metobolizmi yaxşılaşdırır

9.Kəllə daxili təzyiqi azaldır: Uşaqlara da verilə bilər

10.Orqanizm tərəfindən udulmuş radiasiya və şüanı çıxarır: Bu isə indiki dövrdə bütün xəstəliklərin səbəbidir.

Bu şirə kəskin qastrit, xora, mədə-bağırsaq yaraları, xolesistit, pankreatit, hepatit, sirroz xəstələrinə olmaz.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə