Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bütün dünyada sağlam məhsul kimi tanınan toxum

Bütün dünyada sağlam məhsul kimi tanınan toxum

Çia toxumları bütün dünyada çox böyük populyarlıq qazanıb və "superfud" (super-məhsul) sayılır. Çia Amerikada bitən bir bitkinin toxumlarıdır. Çianın faydaları tibdə də təsdiq olunub. Onun kimyəvi tərkibi olduqca zəngindir. Belə ki, çiada kalsium süddən daha çoxdur, Omeqa-3 və antioksidant maddələrə görə isə qoz və fındıqdan daha zəngin sayılır.

Bu toxumların xüsusi dadı və ya qoxusu yoxdur və onları istənilən salatlara, hazır yeməklərə əlavə etmək olar. Mediçina.az-a istinadən çianın fayadaları ilə sizi tanış edək:

1. Arıqlamağa yardım edir: Böyük Britaniya alimləri sübut ediblər ki, çia toxumları metabolizmi, kalorilərin yandırılması və piylərin parçalanması proseslərini sürətləndirir.

2. Xolesterini aşağı salır: Omeqa-3 yağlı turşularla zəngin olan çia toxumları xolesterinin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin, infarkt və insultun riskini azaldır.

3. Şəkərin səviyyəsini azaldır.

4. Qəbizlik zamanı faydalıdır: Bağırsaqların hərəkətliliyini artıraraq qəbizliklə mübarizə etməyə kömək edir.

5. Sümikləri möhkəmlədir: Kalsiumla zəngin olan çia toxumları sümüklər üçün ən faydalı məhsullardan biri sayılır.

6. İnsana gümrahlıq bəxş edir: Qədim mənbələrə əsasən, hələ qədim astek sülalələri çia toxumlarından əsgərlərin dözümlülüyü və fəallığını artırmaq üçün istifadə edirdilər.  

7. Süd vəzi xərçənginə qarşı mübarizədə istifadə edilir: Alfa-linol turşusu ilə zəngin olan çia toxumaları süd vəzi xərçənginin riskini azaldır və həmçinin süd vəzi xərçənginin inkişafını ləngidir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə