Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diplomatik korpusun nümayəndələri ilk DOST mərkəzi ilə tanış olublar

Diplomatik korpusun nümayəndələri ilk DOST mərkəzi ilə tanış olublar

Xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri, müşavirləri, habelə beynəlxalq təşkilatların ölkəmizdəki daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyində və ilk DOST mərkəzində olublar.

Mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Qeyd edilib ki, DOST mərkəzi hər gün orta hesabla 400-dən artıq vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir və gələcəkdə bu xidmətlərin sayı daha da artırılacaq. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər  2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Diplomatik korpus nümayəndələrinə Azərbaycanın DOST layihəsinə, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.

Nazir S.Babayev cari il ərzində dövlət başçısının təqdim etdiyi iki mühüm sosial paketin birbaşa olaraq  4,2 milyon vətəndaşın əməkhaqqı, pensiya, müavinət və təqaüd formasında gəlirlərinin ciddi şəkildə artmasına, habelə  sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olduğunu, nəticə etibarilə hər bir ailənin rifahına müsbət təsir göstərdiyini qeyd edib.  

Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb, diplomatik korpus nümayəndələrinin suallarını cavablandırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə