Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması

Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans öz işinə başlayıb.

Nazir müavini Mətin Kərimli  ölkəmizin  BƏT-lə çoxşaxəli əməkdaşlıq gündəliyinə malk olduğunu qeyd edib. O bildirib ki, hökumət, eləcə sosial tərəfdaşlar olan həmkarlar təşkilatları və işəgötürənlər BƏT-lə siyasi dialoq, qanunvericiliyin təkmilləşdirilməsi və praktiki layihələrin icrası istiqamətində birgə fəaliyyət göstərirlər. Azərbaycan hökumətinin 2017-ci ildə BƏT-in İdarə Heyətinin üzvü seçilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilməsinin növbəti bir göstəricisi olub. Bunun nəticəsi kimi, ölkəmiz hazırda BƏT tərəfindən müvafiq sahələr üzrə mühüm qərarların qəbul edilməsi prosesində yaxından iştirak edir.

Azərbaycanın BƏT-in 57 Konvensiyasına qoşulduğunu qeyd edən nazir müavini bildirib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin təkmilləşdirilməsi, potensialının gücləndirilməsi istiqamətində də BƏT-lə davamlı əməkdaşlıq həyata keçirilir. Bildirib ki, cari ilin birinci yarımilində Xidmət vətəndaşlardan daxil olmuş 3964 şikayət məzmunlu ərizəni, eləcə də hüquqi şəxslərin 3016 məktubunu araşdıraraq cavablandırıb, 708 vətəndaş isə fərdi qaydada qəbul edilib.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini  Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Əmək Administrasiyasının Əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsinin əməkdaşı Joaquim Pintaqo Nunes çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə