Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Sahil Babayev CEO Lunch Baku-nun fəxri qonağı olub

Nazir Sahil Babayev CEO Lunch Baku-nun fəxri qonağı olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib. Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club-un yaradıcısı və ilk sədri Azərbaycan Prezidenti İlham Əliyevdir. Təşkilat Xəzər--Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Caspian European Club-ın sədrinin  birinci müavini, baş icraçı direktoru Telman Əliyev  ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində mühüm islahatların aparıldığını və  bu islahatların Caspian European Club tərəfindən maraqla izlənildiyini deyib.

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkədə aparılan siyasətin ana xəttini vətəndaş amili təşkil etdiyini, bunun bariz nümunəsi olaraq milli iqtisadiyyatın sosialyönümlü olduğunu, iqtisadi islahatlardan əldə olunan gəlirlərin vətəndaş rifahının təminatına istiqamətləndiyini vurğulayıb. S.Babayev bildirib ki, Azərbaycanın sosial yardım və əlilliyin qiymətləndirilməsi üzrə e-sistemləri, ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər, icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatları, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi isə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatı ilə təltif edilib.

S.Babayev Caspian European Club-un üzv şirkətlərinin suallarını da cavablandırıb. Nazirə Fəxri Klub üzvlüyü, həmçinin Caspian European Club-a yeni üzv olan şirkətlərə və üzvlüyünü davam etdirən şirkətlərə Klub üzvlüyü sertifikatları təqdim edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə