Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən qədim Homo sapiens qalıqları Avropada tapıldı

Ən qədim Homo sapiens qalıqları Avropada tapıldı

Yunanıstanda 210 min il əvvələ aid insan kəlləsinin qalıqları tapılıb. Bu qalıqların tapılması Homo sapienslərin Afrikadan Avropaya təxmin ediləndən daha əvvəl gəldiklərini göstərir.

Alimlərin bildirdiyinə görə bu kəşf İnsanlıq tarixini kökündən dəyişdirə biləcək faktları özündə əks etdirir. İnsanların Afrikadan Avropaya köçünü 150 min il əvvələ gedib çıxdığını nəzərə alsaq, tapıntıların tarixi araşdırmalara nə qədər təsir edəcəyini təsəvvür etmək çətin deyil.

Balkanlar əvvəllər də insan köçünün əsas karidorlarından biri sayılıb. Lakin bu ərazilərdə tapılan ən qədim Homo sapiens qalıqları 50 min il öncəyə aid edilirdi.

1856-cı ildə Almaniyanın Neandertal vadisində tapılan skelet nümunələri Neandertal insanının yaşadığını göstərirdi. Bu nümunələr əsasında irəli sürülən nəzəriyyələrdə bu varlıqlar insan və meymun arasındakı keçid növü olaraq qəbul edilirdi.

Nature jurnalında yayımlanan bir məqalədə beynəlxalq araşdırmaçılardan təşkil edilmiş qrupun yüksək texnologiya və uranium metodu ilə iki kəllə sümükləri üzərində tədiqatlar aparıldığı göstərilir.

Tədqiqatların nəticəsində iki kəllədən birinin 170 min il yaşlı bir Neandertala olduğu və tapılan yerin adına uyğun olaraq Apidima 2 olaraq adlandırılmışdır. Alimləri təccübləndirən cəhət isə ikinci kəllənin 40 min il əvvələ aid bir Homo sapiens olması idi.

Beləliklə Apidima 1 adı verilən bu kəllə sümükləri Afrika qitəsi xaricində, daha dəqiq desək Avropada tapılan ən qədim Homo sapiens qalınqları hesab edilir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

12 2019 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə