Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Hörmüz boğazında yeni qarşıdurmaya yol verməməyə çağırıb

BMT Hörmüz boğazında yeni qarşıdurmaya yol verməməyə çağırıb

Hörmüz boğazında yeni qarşıdurmanın fəlakətli nəticələri ola bilər.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Böyük Britaniyaya məxsus tankerin İran gəmiləri tərəfindən saxlanılmasını şərh edərkən deyib.

F.Hak bildirib: "Biz bu insidentlə bağlı hər iki tərəfin bəyanatları ilə tanışıq. Bildiyiniz kimi, Baş katib bütün tərəfləri dəfələrlə boğazda eskalasiyadan qaçmağa çağırıb. O, açıq şəkildə bəyan edib ki, regionda istənilən yeni qarşıdurma fəlakətə səbəb olacaq".

Rəsmi nümayəndənin müavini körfəzdə bütün ölkələrin gəmilərinin azad keçidinin təmin edilməsinin vacibliyini qeyd edib.

 

“Xalq qəzeti”     

 

12 2019 11:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə