Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Bloomberg": Boeing 737-nin istehsalı üzrə proqramın rəhbəri istefaya gedir

"Boeing" aviakonserninin 737 modelinin istehsalı üzrə proqramın rəhbəri Erik Londblad istefaya gedir.

Erik Lindbladın öz vəzifəsini tərk edəcəyi barədə şirkətin kommersiya fəaliyyəti şöbəsinin rəhbəri Kevin Makalister açıqlama verib. Onun sözlərinə görə, E.Lindblad istefaya getmək istəyinin olduğu barədə ötən il bildirib.

K.Makalister qeyd edib ki, E.Lindbladın vəzifəsinə Mark Cenks təyin ediləcək.

M.Cenks hazırda orta sinif "Boeing" modelinin hazırlanması ilə məşğul olan bölmənin rəhbəri vəzifəsində çalışır.

 

“Xalq qəzeti”

12 2019 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə