Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı ölkəmizin haqlı mövqeyini dəstəkləyir

Avropa İttifaqı ölkəmizin haqlı mövqeyini dəstəkləyir

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı müstəqillik illərində başlayıb. Ancaq qısa müddət ərzində ölkəmiz özünü etibarlı tərəfdaş kimi tanıdıb, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayıb. Hazırda Azərbaycan–Avropa İttifaqı əlaqələri konstruktiv məcrada davam edir. Əməkdaşlığımız əsasən enerji təhlükəsizliyi, nəqliyyat sektoru və bir sıra digər layihələri əhatə edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Avropa İttifaqına üzv olan bir neçə ölkə ilə strateji tərəfdaşlığa dair sənədlər imzalamışıq. 

Hesab edirik ki, Avropa İttifaqı ­Şurasının prezidenti Donald Tuskun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü bu əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına, Aİ ilə Azərbaycan arasında hazırlanan yeni sazişin tezliklə imzalanmasına kömək edəcək. Prezident İlham Əliyevin cənab Tuskla danışıqlarını çox maraqla izlədik. Dövlət başçımız Aİ ilə danışıqların uğurla davam etdiyini, bir çox məsələlərin artıq öz həllini tapdığını bildirdi. Öyrəndik ki, hazırda digər məsələlər üzərində iş aparılır. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd qəbul olunub və burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. 
Təbii ki, Azərbaycan cəmiyyəti bu məsələdə çox həssasdır. Kimsə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanat verirsə, bu, ictimaiyyətdə razılıqla qarşılanır. Prezident Tusk da təmsil etdiyi təşkilat adından belə bir mövqe ortaya qoydu. Bu, Azərbaycana qarşı dost mövqeyidir. 
Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq ­Qarabağ münaqişəsinin həlli də müzakirə olunub. Dövlət başçımız Azərbaycanın haqlı mövqeyini çatdıraraq deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, status-kvo dəyişməlidir. Cənab Tuskun bu mövqeyi dəstəkləməsi münaqişənin ədalətli həllinə ümidləri artırır. Azərbaycanın istədiyi də problemə ədalətli yanaşmadır. 

 

Əfrahim TƏHMƏZOV,
ehtiyatda olan ədliyyə polkovniki, Əfqanıstan müharibəsinin veteranı, Rusiya və Azərbaycan Jurnalistlər birliklərinin üzvü

 

 

11 2019 23:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə