Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyində görüş

Ədliyyə Nazirliyində görüş

İyulun 11-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı vurğulayan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, regional məhkəmələrin fəaliyyəti barədə məlumat verib. F.Məmmədov bu sahədə islahatların dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli fərmanı ilə yeni mərhələdə davam etdirildiyini deyib.
İnsan hüquqları üzrə Avropa komissarı kimi ilk dəfə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq səfərin məqsədinin insan haqlarının, o cümlədən məcburi köçkünlərin hüquqlarının təmini sahəsində dəstək göstərmək olduğunu bildirib, məhkəmə-hüquq sistemindəki islahatları və yenilikləri maraqla qarşılayıb.
Səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün yaradılmış imkana görə minnətdarlığını bildirən xanım D.Miyatoviç Azərbaycan tərəfinin "açıq qapı" siyasətini qarşılıqlı əməkdaşlığın və etimadın yaxşı təzahürü kimi dəyərləndirib, cinayət qanunvericiliyinin dekriminallaşdırılması məsələsinə toxunub.
Komissar cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən, Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər olunaraq bir sıra əməllərin dekriminallaşdırıldığı, humanistləşdirmə tədbirlərinin bu gün də davam etdirildiyi barədə məlumatlandırılıb.
Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, Avropa Məhkəməsinin qərarlarının icrası, bölgələrdə hüquq institutlarının inkişafı, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, vəkillərin Ədliyyə Akademiyasında tədrisi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.

11 2019 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə