Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları yumşalda bilər

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları yumşalda bilər

ABŞ-ın Koreya Respublikasındakı Silahlı Qüvvələrinin komandanlığı hesab edir ki, Şimali Koreyanın “Xvanson-15” qitələrarası ballistik raketi Birləşmiş Ştatların ərazisinə zərbə endirməyə qadirdir. Bu barədə BMT qüvvələrinin, ABŞ-ın Koreya Respublikasındakı Silahlı Qüvvələrinin və Koreya-ABŞ Birləşmiş Qüvvələrinin illik "2019 Strategic Digest" jurnalında dərc edilmiş amerikalı hərbçilərin məqaləsində bildirilir. 
TASS-ın verdiyi məlumata görə, “MBR Xvanson-15” ABŞ-ın materik hissəsinin ərazisində istənilən nöqtəni vura bilər. Məqalədə deyilir ki, KXDR hazırda bundan əlavə iki başqa kompleksə də malikdir: onlardan biri – “Xvanson-13” 5,5 min kilometr, “Xvanson-14” isə 12,87 min kilometr məsafəyə uça bilir. 
Cənubi Koreyadakı ABŞ komandanlığından bildirilib ki, KXDR lideri Kim Çen Inın raket və nüvə sınağı poliqonunun məhv edilməsi haqqında sərəncam verməsinə baxmayaraq, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün hələ çox işlər görülməlidir. 
Rəsmi Vaşinqton da nüvəsizləşmə prosesinin başlanması üçün addımlar atmağa hazırdır. ABŞ tərəfi Şimali Koreyanın Yonben nüvə mərkəzini məhv edəcəyi və bütün nüvə proqramını donduracağı təqdirdə isə ona qarşı sanksiyaları yumşaldacağını bəyan edib. Bu barədə ABŞ Prezidenti Administrasiyasındakı mənbə bildirib. 
Onun sözlərinə görə, söhbət BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi kömür və tekstil ixracını məhdudlaşdıran sanksiyadan gedir. Bu tədbirlər fevral ayında iflasa uğramış Vyetnam sammitindən sonra iki ölkənin kompromis əldə etməsinə kömək edə bilər: “Ağ ev işçi qrup səviyyəsində danışıqların başlanmasından sonra KXDR-in nüvəsizləşdirilməsi üçün lazım olan şərtləri müəyyənləşdirməyə çalışır. Əgər proses yaxşı templə davam edərsə, sanksiyaların dayandırılması müddəti uzadıla bilər”, – deyə mənbə bildirib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

11 2019 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə