Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Saudi Aramco” istehsalı artırır

“Saudi Aramco” istehsalı artırır

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti neft hasilatının artırılması üçün əcnəbi kompaniyalarla 18 milyard dollar dəyərində müqavilə imzalayıb. Məqsəd əcnəbi servis şirkətlərini “Mərcan” və “Berri” neft yataqlarının istehsal gücünün artırılmasına cəlb edilməsidir. 
Qeyd edək ki, bu barədə “Saudi Aramo”nun prezidenti və baş icraçı direktoru Məhəmməd Amin Həsən Al-Nasir deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın milli neft şirkəti mühəndis, tikinti və digər servis şirkətləri ilə cəmi 34 müqavilə imzalayıb.
Belə ki, “Mərcan” neft yatağında neft emalı zavodunun və 24 dəniz platformasının tikintisi nəzərdə tutulur. “Berri” layihəsi çərçivəsində isə neft-qaz emalı zavodunun inşası planlaşdırılır. Hər iki yataqların istehsal gücü ümumilikdə – neft sutkada 0,55 milyon barrel və qaz 2,5 milyard kubmetrədək artacaq.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

11 2019 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə