Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Italiyada apelsin boyda dolu

Italiyada apelsin boyda dolu

Italiyanın Adriatik dənizi sahillərinə  güclü siklon gəlib. Bura yağan güclü və sürətli dolunun diametri apelsin boyda olub.

Peskara şəhərində onlarla insan xəsarət alıb. Dolu küçələri  sanki bombalayıb. Onlarla avtomobilə, evlərin dam örtüklərinə ciddi ziyan dəyib. Mağazaların vitrinləri, evlərin pəncərə şüşələri  sınıb.

Xeyli insan həkimə müraciət edib. Şəhərin küçələri isə çayı xatırladıb.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

11 2019 15:33 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə