Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səudiyyə Ərəbistanından Türkiyəyə Qaşıqçı baykotu

Səudiyyə Ərəbistanından Türkiyəyə Qaşıqçı baykotu

Türkiyənin Qaşıqçı cinayətini araşdırması Səudiyyə Ərəbistanı hökümətini ciddi narahat edir. Bununla əlaqədar olaraq Səudiyyə mediası Türkiyəyə turizm baykotunun tətbiq edilməsi üçün səylərini artırır. Statistika turist axınının 30 faiz aşağı düşdüyünü göstərir.

Səudiyyə hökuməti ərəb turistlərin Qaşıqçı cinayətinin qaranlıq qalan məqamlarını aydınlaşdırmağa çalışan Türkiyənin baykot edilməsi və bu ölkəyə gedilməməsi barədə xalqı media vasitəsilə məlumatlandırır.

Fransanın xəbər agentliyi AFP, son aylarda bir çox media qurumlarında “Türkiyəyə getməyin”, “Türkiyə təhkükəsiz deyil” tipli manşetlər çıxdığını bildirir.

Həmçinin Səudiyyə Ərəbistanından Türkiyəyə gedənlərin ilk beş ayda 30 faiz azaldığı bildirilir. AFP-yə danışan Ər-Riyadlı bir gənc, Türkiyəyə nə üçün getmədiyini “Təhlükəsizliyimi düşünürəm” fikiri ilə ifadə edib. 

2018-ci ildə aparılan bir araşdırmada Səudiyyəlilərin Türkiyədə bir gündə 500 dollar xərclədiyi məlum olub.

Türkiyəyə edilən baykot tək turizm sahəsində yox, ticarətdə tətbiq edilir. Səudiyyəlilər Türk mallarının öz ölkələrində satılmaması üçün müvafiq tədbirlər görməkdədirlər. Ər-Riyadın Ticarət Naziri Twitter sosial şəbəkəsi üzərindən etdiyi paylaşmada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krallığa düşmən gözüylə baxmamağı, təzyiqlər davamlı olduqca Səudiyyə Ərəbistanının da əvvəlkindən daha çox baykot çağırışları edəcəyini bildirib.

Son vaxtlar Səudiyyə Ərəbistanı-Türkiyə əlaqələrinin gərginləşməsinə səbəb, Səudiyyəli jurnalist Camal Qaşıqçının ötən ilin oktyabr ayının 2-sində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülməsidir.

Qeyd edək ki, cinayət ilə əlaqədar Türkiyə tərəfi Qaçıqçının konsulluq binasında öldürüldüyünü, bədəninin parçalara ayrılaraq binadan çıxarıldığını bildirsə də, Səudiyyə tərəfi bir müddət bu faktları inkar etmişdi. Həmçinin məhz bu cinayət ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel senat qaşısındakı çıxışında Camal Qaşıqçının Səudiyyə şəhzadəsi Məhəmməd İbn Salmanın əmri ilə öldürüldüyünü bildirmişdi.

Əlavə olaraq bildirək ki, Səudiyyə Ərəbistanı və Türkiyə gərginliyinə başqa bir səbəb kimi Türkiyənin Misirdə Müsəlman Qardaşlara verdiyi dəstək göstərilir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

11 2019 15:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə