Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa şirkətləri indiyədək Azərbaycana 2,2 milyard dollar investisiya yatırıb

Fransa şirkətləri indiyədək Azərbaycana 2,2 milyard dollar investisiya yatırıb

Bu vaxtadək Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycan isə bu ölkəyə 2,6 milyard dollar investisiya yatırıb.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 11-də Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib. Nazir daha sonra qeyd edib ki, ölkəmizdə 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransa şirkətləri ölkə büdcəsindən həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə