Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR-da Yaponiyanın “İTOCHU” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

SOCAR-da Yaponiyanın “İTOCHU” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.

SOCAR-dan aldığımız məlumatda deyilir ki,  Rövnəq Abdullayev İTOCHU Korporasiyasının prezidenti Keita İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibəti ilə təbrik etmiş, İTOCHU ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışmış, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirmişdir. 

ITOCHU korporasiyasının prezidenti Keita İşi Bakıya ilk dəfə gəldiyini qeyd edərək SOCAR-da olmaqdan məmnunluğunu ifadə etmişdir. İTOCHU-nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. 

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs etmiş, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirmişdir. 

Xatırladaq ki, Yaponiyanın “İtochu” şirkəti “Əsrin kontraktı” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.

               

Samirə Əliyeva,
“Xalq qəzeti”
 

11 2019 14:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə