Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstirahət günləri üçün planlarınızda gözlənilən hava şəraitini nəzərə almağınızı xahiş edirik

İstirahət günləri üçün planlarınızda gözlənilən hava şəraitini nəzərə almağınızı xahiş edirik

ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva gözlənilən hava şəraiti ilə bağlı jurnalistlərə açıqlama verib.

Sevindiricidir ki, iyul ayının birinci ongünlüyündə yayın qızmar istisi bizi sınağa çəkmir. Havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.

Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki, iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.  Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır, buna görə də dənizdə istirahət zamanı diqqətli olun.

Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir.

 

Hazırladı:
Qəzənfər QASIMOV,
”Xalq qəzeti”

11 2019 11:40 - EKOLOGİYA
EKOLOGİYA
15 İyul 2019 | 16:20
Görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə