Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Neftin qiyməti artmaqda davam edir

Amerika Neft İnstitutunun ABŞ-da neft ehtiyatının 8,13 milyon barel azalması məlumatından sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. ABŞ Energetika Nazirliyi onu da bildirib ki, Birləşmiş Ştatlarda benzin ehtiyatı da 257 min barel azalıb.

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,12 faiz artaraq bir bareli 65,01 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,38 faiz artaraq bir bareli 58,63, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,15 faiz artaraq bir bareli 66,70 dollar olub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
     

11 2019 11:36 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə