Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qulağınızdakı bu nöqtəni sıxın: rahat yatacaqsınız

Qulağınızdakı bu nöqtəni sıxın: rahat yatacaqsınız

Stress orqanizmin sağlamlığında ciddi problemlərin əmələ gəlməsinə səbəb olan bir hissdir. Bu hiss müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olmaqla yanaşı, insanın həyat keyfiyyətini aşağı salır. Medicina.az bütün həyatımıza təsir edən bu nüansdan xilas olmaq üçün bəsit bir hərəkəti təqdim edir.

Stress immun sistemin zəifləməsinə, əhval-ruhiyyənin pozulmasına, yuxusuzluğa səbəb ola bilir. Çin təbabəti vasitələri ilə orqanizmdəki stressi aradan qaldırmaq mümkündür. Bu vasitələrdən biri də qulaqdakı həssas nöqtəni sıxmaqdır. Bu nöqtəni sıxmaq orqanizmin sakitləşməsinə səbəb olur. Nöqtə yerləşən nahiyə Şen-men adlanır. Həmin nöqtəni sıxdıqda neqativ hisslər aradan qalxır, orqanizmin qıcıqlanması və yuxusuzluq aradan qalxır. 

Şen-men nöqtəsi qulağın yuxarı hissəsində, iç qismində yerləşir. Nöqtəni aktivləşdirmək üçün həmin hissəni tapıb massaj etmək və bir neçə saniyə sıxıb saxlamaq lazımdır. Çin tibbində bu nöqtəyə cənnətin qapısı deyirlər. Bu nöqtənin bütün bədənə enerji verdiyinə inanılır. 

Qulaq çöpü ilə şəkildə görünən yerə yavaş-yavaş masaj edin. Bu zaman dərin nəfəs alıb-vermək lazımdır. Eyni zamanda bədənə diqqəti cəmləmək lazımdır. Orqanizminizi dinləyin. Dərin nəfəs alış-verişində sağa baxmağınız lazımdır. Bu hərəkət bütün orqanizmin rahatlanmasına təkan verəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 11:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə