Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyrəklər...

Böyrəklər...

Alimlər böyrəklərdə daş yaranma səbəblərindən danışanda, qidalanma, su maye rejimi, piylənmə, iltihab və maddələr mübadiləsi pozğunluğuna diqqət yönəldirlər. Hazırda tibb daşın yaranma səbəblərini öyrənib, amma bütün mexanizmlər tam açılmayıb. Böyrəklər böyük adamın öz yumruğu boyda  olan cüt orqandır. O, qanı süzərək, filtr rolunu oynayıb, sidik əmələ gətirir. Böyrəklər orqanizmdə maye mübadiləsini tənzimləyir. Sağlam böyrək qanı şlak, duz və zərərli maddələrdən təmizləyir. Onlar natrium, kaliy və kalsiumu qanda tənzimləyir. Böyrəklər sidiyi sudan hasil edir, bu suyu da qan gətirir. Ona görə maye azlığı olduqda böyrəklərə az su gəlir və onların işi üçün yetərli olmur.

Tibdə konqramentlər adlanan böyrək daşları müxtəlif rəng, struktur və növdə olur.  Daşların necə olması xəstənin qidalanması, yaşı, maddələr mübadiləsi, su rejimi, həyat tərzi ilə bağlıdır. Amma 70% hallarda kalsium tərkibli daşlar formalaşır. Öz növbəsində kalsium daşlar da fosfat və ya oksalat növlərə bölünür. Maddələr mübadiləsi pozulduqda, düzgün işləmədikdə hətta kalsium miqdarı normal olan insanda da kalsiyumlu daşlar yarana bilər. 

Urat daşları sidik turşusunun kritstalları sidikdə yaxşı həll olmayanda yaranır.

Turş sidik sindromu qidalanmasında purinlər çox olanlarda, piylənmə, artıq çəki, II tip şəkər xəstələrində, heyvan mənşəli zülallar yeyənlərdə, podaqrası olanlarda, az meyvə-tərəvəz yeyənlərdə olur. 

Struvit daşlar – az rast gəlinir. Böyrək və sidik kisəsində xroniki iltihab, infeksiya, bakteriyalar səbəbindən yaranır. İflicli, dağınıq skleroz, onurğa xəstəlikləri, xroniki böyrək çatışmazlığı, sidik kanalında kateteri olanlarda çox rast gəlinir. 

Sidik kisəsi daş xəstəliklərində əlamətlər bəzən özünü göstərmir, hər şey sakit gedir. Yalnız yerini dəyişib böyrəyi tərk edəndə ağrı başlayır. 

Daş uzun müddət sidik yolunda tıxanıqlıq yaradanda böyrək genişlənməsi – hidronefroz yaradır. 

Böyrək daşı ağrısı kəskin olub, sancılarla başlayır. Ağrılar belə, mədəyə, qarına, ayaqlara yayıla bilir. İldə bir dəfə böyrəklərin USM və ya rentgeni olunsa, sakit lal daşlar aşkarlana bilər. Kəskin tutmalar zamanı isə dərhal həkimə getmək, USM, rentgen və analizlər etmək lazımdır.

  

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 11:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə