Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Badımcan suyunun faydaları

Badımcan suyunun faydaları

Şərqdə uzun ömürlülük tərəvəzi adlandırılan badımcanın suyu belə insan orqanizmi üçün möcüzəvi təsirə malikdir.  Bəzi mənbələr bu suyu içərkən çox insanda ürəkbulanma, tərkibindəki bəzi maddələrdən zəhərlənmə baş verdiyini desə də, təmiz bostan badımcanını mövsümündə şirəsini çəkib içməklə bu mənfi təsirlər baş vermir. Şirə üçün hələ kiçik, tam yetişməmiş, rəngi bir qədər açıq bənövşəyi, yəni sütül badımcan götürülür. Şirəsi çəkilməzdən öncə doğrayıb mütləq duzlu və ya sirkəli suda saxlanılır.

Medicina.az  saytına istinadən badımcan şirəsinin 10 faydasını təqdim edirik:

1.Podaqra, oynaq iltihabında xaricə istifadə edilir, kompres olunur, antiiltihab və antibiotik təsiri göstərir. Tərkibində olan molibden maddəsinin podaqranı müalicə etdiyi hələ. 1953-cü ildə sübut olunub.

2. Piyləri parçalayır, arıqladır

3.Magistral damarları təmizləyir, xolesterin çöküntüsünü təmizləyir, aterosklerozda effekt verir

4.Günə 500 ml qaynadılmış badımcan suyu içmək bədəndən, oynaqlardan artıq duzu, metalları yuyur, təmizləyir, duz-maye balansını tənzimləyir

5.Badımcan suyu sağlamlıq üçün vacib olan turşu-qələvi mühitini normallaşdırır

6.Qanın tərkibini sağlamlaşdırır, plazmanın stabilliyini qoruyur, limfaları aktivləşdirir, hüceyrə membran arası mayeni tənzimləyir. Bunlar da uzun ömür, sağlamlıq üçün vacibdir.

7.350 ml badımcan suyu gündəlik maqniy normasını ödəyir.  Çünki badımcanda 240 mq maqniy vardır. Bu element ürək əzələlərini qüvvətləndirir, ürək-damar xəstəliklərinə qarşıdır.

8.Qəbizliyi aparır, bağırsaqları təmizləyir

9.Qaraciyər xəstəliklərində müsbət təsir edir

10.Hemoqlobini artırır. Badımcan suyunda çox miqdarda B 12-kobalt vardır. Bu isə qanazlığında  çox vacibdir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 11:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə