Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlik və BP-nin birgə layihəsinə cəlb edilmək üçün məşğulluq mərkəzi sizi gözləyir

Nazirlik və BP-nin birgə layihəsinə cəlb edilmək üçün məşğulluq mərkəzi sizi gözləyir

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasında 100 nəfər əlilliyi olan şəxsin məşğulluq imkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək”.

Bu fikir ƏƏSMN-nin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və nazirlik əməkdaşlarının  British Council şirkətinin direktor müavini Nigar Baimova, BP şirkətinin nümayəndəsi Vüsal Əliyev, Layihə üzrə menecer Flora Poladova ilə keçirdikləri görüşdə vurğulanıb.

Qeyd edilib ki, proqramda iştirak etmək istəyən əlilliyi olan şəxslər Məşğulluq Mərkəzlərinə avqustun 1-dək müraciət edə bilərlər. Layihə iştirakçılarının potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək.

Layihənin ikinci fazası çərçivəsində sentyabr 2019 - may 2020-ci il müddətində ingilis dili, kompyuter bacarıqları, sosial bacarıqlar tədris olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Həmçinin xüsusi iş sahələri üzrə  (sosial media, vergi, audit, insan qaynaqları və s.) menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcək.

Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcəkdir.  Ən başlıcası, iştirakçılar təlimlərdən faydalanaraq öz gələcək karyeralarını uğurla qurmaq imkanı qazanacaqlar.

Görüşdə layihənin davam etdirilməsi üzrə görüləcək birgə işlər müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 11:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə