Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyanın silah ixracında yüksək artım

Almaniyanın silah ixracında yüksək artım

Almaniyanın silah ixracatında bu ilin ilk yarısında ciddi artım olduğu açıqlandı. Almaniyadan ən çox silah alan ölkə isə Macarıstan göstərilir.

Almaniya hökuməti bu ilin ilk yarısında yalnız 5 milyard 300 milyon avro dəyərində silah ixracatına icazə verib. Bu isə ötən ildəkindən 107 milyon avro çoxdur.

Almaniya Federal Məclisinin üzvü Omid Nouripour bildirib ki, Macarıstan Almaniyadan 1 milyard 760 milyon avroluq silah idxal edib. Misir 801 milyon 800 min avro, Cənubi Koreya isə 277 milyon 700 min avro ilə Macarıstanı izləyən ölkələrdir.

Almaniyanın müştəriləri arasında Yəməndəki döyüşlərə qatılan Birləşmiş Ərəb Əmirlikləri də var. BƏƏ-nin bu siyahıda 6-cı sırada olduğu və Almaniyadan 206 milyon 100 min avroluq silah aldığı qeyd edilir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti"

11 2019 11:00 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə