Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Monqolustanın Prezidenti zati-aliləri cənab Xaltmaaqiyn Battulqaya

Monqolustanın Prezidenti zati-aliləri cənab Xaltmaaqiyn Battulqaya

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. 
İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm. 
Hörmətlə, 

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2019-cu il

10 2019 23:49 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə