Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti təsərrüfat mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti təsərrüfat mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/ - Dövlət satınalmalarının Vahid İnternet Portalına Asan Login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər. 
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-iddiaçının təcrübəsi, iddiaçının təklifinin tələblərə uyğunluğu və iddiaçının tender təklifi.
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər. 
İştirak haqqı 150 manatdır. 
H/h- AZ53AİİB 33010019444805754148
VÖEN - 4700664781
Bank - “Kapital Bank” ASC-nin Qusar filialı 
Kod - 200480
VÖEN - 9900003611
M/h - AZ37NABZ 01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 26-cı səhifəsində);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı, zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 30-cu səhifəsində);
-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır.
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının maddi-texniki bazası (nümunə kimi hazırki əsas şərtlər toplusunun 34-cü səhifəsində);
-müqavilənin yerinə yetirilməsi təminatı – 2 faizi (iddiaçının təklifi 100 000 ABŞ dollar manat ekvivalentindən çox olarsa).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlıdır). İddiaçılar tenderlə bağlı sualları internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 22 iyul 2019-cu il saat 16.00-a qədər vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 26 iyul 2019-cu il saat 16.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə vahid internet portalı vasitəsi ilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.
İddiaçılar E-şərtlər toplusunu 27 iyul 2019-cu il saat 16.00-dan sonra əldə edə bilərlər.
 
 
Tender komissiyası
11 2019 00:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Sentyabr 2019 | 00:48
B İ L D İ R İ Ş
14 Sentyabr 2019 | 00:48
B İ L D İ R İ Ş
14 Sentyabr 2019 | 00:42
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə