Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milyarder Tom Steyer prezident seçkilərində iştirak etmək niyyətindədir

Milyarder Tom Steyer prezident seçkilərində iştirak etmək niyyətindədir

Amerikalı milyarder Tom Steyer ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi qərara alıb.

Stayer Demokrat Partiyasından namizəd olacaq. Milyarder bu ilin yanvar ayında qeyd etmişdi ki, seçkilərdə iştirak etməyəcək. İndi isə Steyer Twitter səhifəsində yazıb: “Bu, doğrudur. Mən prezidentliyə namizəd olaraq seçilmək niyyətindəyəm”.

Xatırladaq ki, bundan əvvəl 2020-ci il prezident seçkiləri üçün Demokrat Partiyadan Vermont senatoru Bernie Sanders, Massaçusets senatoru Elizabet Uorren,  Nyu-Cersi senatoru Kori Buker və Kaliforniya senatoru Kamala Harris namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Demokrat Partiyasının namizədi Hillari Klinton isə 2020-ci il prezident seçkiləri üçün namizəd olmayacağını açıqlayıb.

 

“Xalq qəzeti”

10 2019 10:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə