Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə naziri HDQ-nin yeni inşa edilmiş infrastruktur obyektinin açılışında iştirak edib

Müdafiə naziri HDQ-nin yeni inşa edilmiş infrastruktur obyektinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, nazir  general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və  inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.
Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında qoyulan vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan yaradacaq.

 

“Xalq qəzeti”

9 2019 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə