• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ən çox medal qazanmış altı ölkə sırasındadır

Azərbaycan ən çox medal qazanmış altı ölkə sırasındadır

Xəbər verdiyimiz kimi, Qırğızıstan Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində davam edən III Dünya Köçəri Oyunlarında Azərbaycan idmançıları ilk qızıl medallarını qazanmışlar. Sentyabrın 6-da keçirilmiş milli güləş yarışlarında 60 kq çəki dərəcəsində çıxış edən Cəlal Süleymanov bütün rəqiblərinə qalib gələrək Oyunların çempionu olmuşdur.
Gərgin mübarizədə qazanılmış böyük qələbə sentyabrın 7-nə olan vəziyyətə görə Azərbaycan komandasını medalçı ölkələrin siyahısında 11-ci pilləyə yüksəltmişdir. İndi yığmamızın hesabında 1 qızıl, 5 gümüş və 8 bürünc mükafat var.
Azərbaycan medalların sayına görə isə daha yüksək mövqedədir. Təmsilçilərimiz ən çox mükafat qazanmış ölkələr arasında Qırğızıstan (78), Qazaxıstan (49), Rusiya (43), Özbəkistan (25) və Türkmənistandan (23) sonra 14 medalla altıncı yeri tuturlar. 
Ümumiyyətlə, 77 ölkənin adları qeyd olunmuş siyahıda 6 sentyabr turnirlərindən sonra yalnız 29 dövlətin medalı var.
Medal qazanmış ölkələrdən son altı pillədə (24-29-cu yerlərdə) olan Hindistan, Hollandiya, Sinqapur, Estoniya, Yaponiya və Ermənistanın hərəyə 1 bürünc mükafatı var.

Həsən HƏSƏNOV, 
“Xalq qəzeti”

Qırğız Respublikası, Çolpon-Ata şəhəri

7 2018 20:46 - İDMAN
İDMAN
17 Noyabr 2018 | 16:45
81-ci gedişdə heç-heçə
17 Noyabr 2018 | 16:32
Dostlar fəxri kürsüdə
16 Noyabr 2018 | 23:45
Beşinci “dinc” nəticə
16 Noyabr 2018 | 23:39
Runi məşqçi olmaq istəyir

Ən son xəbərləri səhifəmizdən də izləyin