Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 290 Bakı şəhəri, 8 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə
 
“Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111; 2019, № 2, maddə 360, № 3, maddə 550) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 3.0.1-ci, 3.0.10-cu, 3.0.15-ci və 3.0.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.0.1. fəaliyyət istiqamətləri ilə bağlı qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.10. tərcümə sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;
3.0.15. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
3.0.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;”.
2. Aşağıdakı məzmunda 3.0.22-ci və 3.0.23-cü yarımbəndlər əlavə edilsin:
“3.0.22. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;
3.0.23. Mərkəzin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir.”.
3. 4.0.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.0.1. fəaliyyət istiqamətləri ilə bağlı normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;”.
4. 4.0.4-cü yarımbənddə “dövlət və” sözləri “dövlət orqanlarına və qurumlarına,” sözləri ilə əvəz edilsin.
5. 4.0.7-ci yarımbənddə “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq,” sözləri “beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə” sözləri ilə əvəz edilsin. 
6. Aşağıdakı məzmunda 4.0.12-4.0.14-cü yarımbəndlər əlavə edilsin:
“4.0.12. fəaliyyət istiqamətləri üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
4.0.13. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar ­yaratmaq;
4.0.14. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək.”.
7. 5.2-ci bəndin birinci cümləsinə “rəhbərliyi” sözündən əvvəl “ümumi” sözü əlavə edilsin və üçüncü cümləsi çıxarılsın.
8. 5.4.1-ci yarımbəndə “istiqamətlərini” sözündən sonra “, strateji məqsəd və planlarını” sözləri əlavə edilsin.
9. 5.4.2-ci yarımbəndə “sənədlər” sözündən sonra “(o cümlədən, Mərkəzin maliyyə hesabatını)” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 5.4.2-1-ci yarımbənd əlavə edilsin:
“5.4.2-1. Mərkəzin fəaliyyətini təşkil edir və ona nəzarət edir;”.
11. 5.4.7-ci yarımbəndə “əsasnamələrini” sözündən sonra “, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini” sözləri əlavə edilsin.
12. 5.4.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.4.11. Mərkəzin əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq edir, Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;”.
13. 5.4.14-cü yarımbənddən “və onların icrasına nəzarət edir” sözləri çıxarılsın.
14. Aşağıdakı məzmunda 5.4.15-5.4.19-cu yarımbəndlər əlavə edilsin:
“5.4.15. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
5.4.16. Mərkəzin daxili audit bölməsi yaradıldığı halda, həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;
5.4.17. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
5.4.18. bu Nizamnamənin 3.0.1-ci və 4.0.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
5.4.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.”.
15. 5.5-ci bəndin üçüncü cümləsində “ən azı ikisi” sözləri “yarıdan çoxu” sözləri ilə əvəz edilsin.
16. Aşağıdakı məzmunda 5.5-1-5.5-3-cü bəndlər əlavə edilsin:
“5.5-1. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
5.5-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
5.5-3. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.”.
17. 5.6.1-ci yarımbəndə “rəhbərlik” sözündən əvvəl “cari” sözü əlavə edilsin.
18. 5.6.4-cü yarımbənddə “həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin və onların müavinlərinin” sözləri “habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin)” sözləri ilə əvəz edilsin.
19. Aşağıdakı məzmunda 5.6.5-1-ci yarımbənd əlavə edilsin:
“5.6.5-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;”.
20. 5.6.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.6.6. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;”.
21. 5.6.13-cü yarımbənddə “qorunması” sözü “, habelə qanunla qorunan digər məlumatların mühafizəsi” sözləri ilə əvəz edilsin. 
22. Aşağıdakı məzmunda 5.6.16-1-ci yarımbənd əlavə edilsin:
“5.6.16-1. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;”.
23. Aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:
“5.7-1. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.”.
24. 6.3-cü bəndin birinci cümləsinə “əmlakından” sözündən əvvəl “öz” sözü əlavə edilsin.
25. 6.4-cü bəndə “nümayəndəliklərinin” sözündən sonra “, habelə tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin.
26. 6.5-ci bənddə “aiddir” sözü “aid deyildir” sözləri ilə əvəz edilsin. 
27. 7.1-ci bəndə “Nazirlər Kabineti” sözlərindən sonra “, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti” sözləri əlavə edilsin. 
28. 8.2-ci bənddən “statistik uçot aparır,” sözləri ­çıxarılsın. 
 
 
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə