Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək

Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın bu istiqamətdə apardığı uzunmüddətli gərgin işin nəticəsidir.

A.Hüseynov bildirib ki, Azərbaycan dövləti ölkəmizin mədəni irs abidələrinin qorunması istiqamətində təkcə ölkə daxilində deyil, eləcə də ölkə xaricində  mühüm işlər həyata keçirir: “Əlbəttə, bütün bunlar gərgin əməyin, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunun nəticəsində mümkün olub. Azərbaycan ötən illər ərzində mədəni abidələrin qorunması və bərpası istiqamətində xeyli işlər görüb. Cənab Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Azərbaycanın öz mədəni irsinə bağlılığı, eyni zamanda, bu istiqamətdə gördüyü işlər beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir ”.

Deputat əlavə edib ki, Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə növbəti uğurudur: “Bu hadisə dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək”.

 

“Xalq qəzeti”

8 2019 15:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə