Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Çətin: Azərbaycan regionda və onun hüdudlarından kənarda vacib iştirakçıdır

Hikmət Çətin: Azərbaycan regionda və onun hüdudlarından kənarda vacib iştirakçıdır

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki,  Azərbaycan regionda və onun hüdudlarından kənarda vacib iştirakçıdır.

Hikmət Çətin xatırladıb ki, 1992-ci ilin fevralında Azərbaycana səfər edən Türkiyənin ilk xarici işlər naziri məhz o olub: “Burada olmaq mənim üçün hər zaman şərəfdir. Bu gün Azərbaycan regionda və onun hüdudlarından kənarda vacib iştirakçıdır. Bütün bunlar ölkənin diplomatik xidmətinin səylərinin nəticəsidir”.

H.Çətin deyib: "Azərbaycanla Türkiyə qardaşlıq və əməkdaşlıq nümunəsi sərgiləyir. Təsadüfi deyil ki, iki ölkə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, TANAP kimi enerji və nəqliyyat layihələrini həyata keçirib".

O bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: “Amma bu qətnamələr icra olunmayıb. Ermənistan hələ də Azərbaycan ərazilərinin işğalını davam etdirir. Əgər onlar regionda rifahdan yararlanmaq istəyirsə, düşmənçilik və işğal siyasətindən imtina etməlidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və bu dörd qətnamə əsasında həll olunmalıdır”.

 

“Xalq qəzeti”

8 2019 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə