• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çernovtsı payızı” festivalının azərbaycanlı qalibləri

“Çernovtsı payızı” festivalının azərbaycanlı qalibləri

Ukraynada yenicə başa çatmış “Çernovtsı payızı” blits festivalının mükafatları uğrunda 68 şahmatçı, o cümlədən 25 qrossmeyster mübarizə aparmışdır. 
Bu barədə e3e5 saytının məlumatında bildirilir ki, turnirin qalibi 11 mümkün xaldan 9,5 xal toplayan azərbaycanlı qrossmeyster Eltac Səfərli olmuşdur. İkinci mükafatı 8,5 xalla digər təmsilçimiz – Qədir Hüseynov qazanmışdır. Üçüncü-beşinci yerləri hərəyə 8 xal toplayan ukraynalılar Stanislav Boqdanoviç, Aleksandr Zubov və həmyerlimiz Rauf Məmmədov bölüşdürmüşlər.
Elə həmin festival çərçivəsində rapid turnirində isə Zubov birinci olmuş (9 görüşdə 7,5 xal), onun həmvətəni Vladimir Onişuk (7) ikinci nəticə göstərmiş, üçüncü-dördüncü yerlərə 6,5 xalla Məmmədov və Səfərli sahib olmuşlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

7 2018 20:35 - İDMAN
İDMAN
16 Noyabr 2018 | 23:45
Beşinci “dinc” nəticə
16 Noyabr 2018 | 23:39
Runi məşqçi olmaq istəyir

Ən son xəbərləri səhifəmizdən də izləyin