Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 287 Bakı şəhəri, 1 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli 33 nömrəli və “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə” 2016-cı il 18 noyabr tarixli 468 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1477-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 1069 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 133; 2006, № 1, maddə 59; 2009, № 9, maddə 736, № 10, maddə 846; 2013, № 6, maddə 2 739; 2015, № 11, maddə 1418; 2016, № 9, maddə 1565, № 12, maddə 2211; 2018, № 7 (II kitab), maddə 1627) ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 14-cü hissəsinin birinci cümləsində “ölçülərindən asılı olmayaraq” sözləri “reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 468 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1956; 2018, № 7 (II kitab), maddə 1632) ilə təsdiq edilmiş “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.2-ci bəndində “ölçülərindən asılı olmayaraq” sözləri “reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən” sözləri ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə