Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 283 Bakı şəhəri, 29 iyun 2019-cu il
 
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 1, maddə 169, № 3, maddə 555; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 233 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 13-1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. altıncı abzasdan “və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı” sözləri çıxarılsın;
1.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:
“Bu Siyahının 13-1-ci hissəsinin üçüncü-altıncı abzaslarında nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi və müvafiq kommunal xidmətin göstərilməsi barədə tələbkarın arayışı.”;
1.3. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“Bu hissədə nəzərdə tutulan kommunal xidmətlərin istifadə edilməsi ilə bağlı istehlakçının kodu üzrə ona təqdim edilən son hesab (tələbin əhatə etdiyi dövr üzrə aylarla) və təchizatçının müvafiq informasiya sistemindən tələbin əhatə etdiyi dövr üzrə (aylarla) borcun məbləği göstərilməklə təfsilati çıxarış əlavə olaraq təqdim edilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 may tarixli 201 nömrəli və 20 may tarixli 233 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci hissəsinin ikinci abzasından “və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə