Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Leyli və Məcnun" operası X İpək Yolu Beynəlxalq musiqi festivalında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Şəkidə qastrol səfərində olmuşdur. Yaradıcı kollektiv bu şəhərdə X İpək Yolu Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimində çıxış edib.

Teatr kollektivi açılış mərasimində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşasını təqdim etmişdir.

Tamaşada Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi və nümayəndələri, Şəki şəhər İcra Hakimiyyətinin başçısı, şəhərin məsul şəxsləri, Şəki şəhər ziyalıları, habelə Şəkidə qonaq olan xarici turistlər iştirak etmişlər.

Tamaşadan öncə keçirilən təntənəli açılış mərasimində Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz xanım Əlizadə çıxış etmiş, festival iştirakçıları və qonaqları salamlamış, festivalın əhəmiyyətindən bəhs etmişlər. Sonra "Leyli və Məcnun" operasının tamaşası nümayiş olunmuşdur. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada Opera və Balet teatrının solistləri - Əməkdar artist Elnur Zeynalov (Məcnun), Televiziya Muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artist Cahangir Qurbanov (Nofəl), solistlər Afaq Ağayeva (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Nurlan Namazov (İbn-Səlam), Məlahət Səfərəliyeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası), Nəzər Bəylərov (Zeyd) çıxış etmişlər. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə etmişdir.

Tamaşadan sonra yenidən çıxış edən F.Əlizadə və E.Usubov Opera və Balet Teatrının kollektivinə təşəkkürlərini bildirmiş, Firəngiz xanım tamaşanın rejissoru H.Quliyevə Üzeyir Hacıbəyli medalı təqdim etmişdir. E.Usubov isə Teatrın kollektivini uğurlu çıxışlarına görə mükafatlandırmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2019 14:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə