Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin  “Müharibə veteranlarına Azərbaycan   Respublikası Prezidentinin   təqaüdü”nün   təsis   edilməsi   haqqında”

2019-cu il 15 aprel tarixli 641 nömrəli və “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan   Respublikası   Prezidentinin    təqaüdü”nün    təsis   edilməsi haqqında”

2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2.2-ci yarımbəndin 11.1-11.5-ci abzasları ləğv edilsin.

2.  7-ci hissə üzrə:

2.1. 7.8-ci və 7.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

7.8.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə

7.9.

ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə

 2.2. aşağıdakı məzmunda 7.11 - 7.13-cü bəndlər əlavə edilsin:

7.11.

I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxslərə

7.12.

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə

7.13.

müharibə veteranlarına

 

İlham Əliyev

 Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 1 iyul 2019-cu il.

2 2019 12:42 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə