Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni asteroid təhlükəsi

Yeni asteroid təhlükəsi

Xarici KİV-də Avropa Kosmik Agentliyi Yer kürəsi ilə potensial toqquşma ehtimalı olan 4 asteroidin adı açıqlayıb.

Yayılan məlumatda bildirilir ki, diametri 900 metr olan “1979 XB” asteroidi xüsusilə ciddi təhlükə törədir. Saatda 70 min kilometr sürətlə hərəkət edən səma cismi Yer planetinə hər saniyə 30 kilometr yaxınlaşır. Astrofizikər onu yerətrafı təhlükələr arasında 2-ci pillədə yerləşdiriblər.

Apofis asteroidi isə Yerdən 200 milyon kilometr uzaqlıqda yerləşir, 2029-cü ildə 30 min kilometr məsafəyə yaxınlaşacaq. Üçüncü “2010 FR12” asteroidi Yerlə toqquşacağı halda 2013-cü ildə Çelyabinsk vilayətinə düşmüş meteoritdən xeyli az zərər vuracaq. Sonuncu “2000 SG344” asteroidi isə çox uzaqda olsa da, planetə hər saniyədə 1,3 kilometr yaxınlır.

 

R.TAHİR,
“Xalq qəzeti”

1 2019 18:30 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti
1 İyul 2019 | 18:30
Yeni asteroid təhlükəsi

Köhnə versiyamızdan xəbərləri izlə