Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan S-400–lərin 10 gün ərzində Türkiyəyə təslim ediləcəyini bildirdi

Ərdoğan S-400–lərin 10 gün ərzində Türkiyəyə təslim ediləcəyini bildirdi

Yaponiyada G20 sammitində ABŞ prezidenti Donlad Trampla görüşündən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın Türkiyəyə qarşı sanksiyalardan bəhs etmədiyini dedi, S-400 komplekslərinin isə 10 gün içində Türkiyədə olacağını qeyd etdi.

Ərdoğan həmçinin Patriot sistemlərinin S-400-ə əvəz olduğunu, göstəricilərinin S-400-ə bərabər olacağı təqdirdə Patriot sistemlərini ala biləcəklərini də mətbuata bildirdi.

F-35 məsələsində də Ərdoğan səlahiyyətli şəxslərin proqram çərçivəsində çalışdıqlarını dedi. F-35-lər üçün Birləşmiş Ştatlara 1 milyard 400 min dollar ödəniş edildiyini də xatırladan Türkiyə Prezidenti, Trampın “Ödənişləri edirlər amma biz təyyarələri vermirik” fikirini də tənqid etdi.

Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin NATO sistemləri ilə uyğun gəlmədiyini bildirən ABŞ, F-35 layihəsində yer alan Türkiyəni proqramdan kənarlaşdırmaqla təhdid etmişdi. Qeyd edək ki, Türkiyə 5-ci nəsil F-35 təyyarələrindən 100 ədəd almağı planlaşdırır.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

1 2019 12:57 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə