Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyunun 30-da gözlənilən hava şəraiti haqqında məlumat

İyunun 30-da gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 20-23° isti, gündüz  24-27° isti təşkil edəcək.

Bakıda gecə 20-22° isti, gündüz  25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 750 mm civə sütunundan  755 mm civə

sütununa  yüksələcək.

Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti,  gündüz  18-23°  isti təşkil edəcək.

29 2019 16:43 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə